
Bakıdakı yarış üçün yeni tribunalar
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam etdirilir.
Sportlife.az xəbər verir ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.
Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.
"Formula 1" üzrə ötənilki Azərbaycan Qran-prisini 4 gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19–21-də keçiriləcək.