UEFA dəyişikliyi təsdiqlədi

  • Dünən, 18:35

UEFA İcraiyyə Komitəsi 2025-ci il Millətlər Liqasının final oyunu üçün sifariş ərizəsində oyunçuların sayının artırılmasını təsdiqləyib.

Sportlife.az xəbər verir ki, indi komandalar iştirak ərizəsinə əvvəllər olduğu kimi 23 deyil, 26 oyunçunun adını daxil edə biləcəklər. Qərar İK-in Bilbaoda keçirilən iclasında qəbul olunub.

Millətlər Liqasının yarımfinalında Almaniya Portuqaliya, İspaniya isə Fransa ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq iyunun 4 və 5-də baş tutacaq. Üçüncü yer uğrunda görüş və final iyunun 8-də olacaq.


Paylaş: