
Sanedən vida mesajı
"Bavariya"nı "Qalatasaray"a dəyişən Leroy Sane Münhen klubunun azarkeşləri ilə vidalaşıb.
Sportlife.az xəbər verir ki, Qana əsilli alman yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
"Münhendə keçirdiyim beş gərgin ildən sonra qarşıdakı mövsümdə yeni səhifə açmağa qərar verdim. Almaniyanın ən yaxşı və ən böyük klubu üçün 200-dən çox oyun keçirdiyim üçün inanılmaz dərəcədə qürur duyuram və birlikdə qazandığımız titulları həmişə yaşadacağam. Kluba, məşqçilər heyətinə, pərdə arxasında olan hər kəsə təşəkkür edirəm. Burada keçirdiyim vaxta görə həmişə minnətdar olacağam”, - deyə futbolçu yazıb.
Qeyd edək ki, Sane 2020-ci ilin yayından "Bavariya"da çıxış edirdi.