
Ançelotti ilk qələbəni şərh etdi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın seçmə mərhələsində Paraqvay üzərində 1:0 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, bu, italiyalı mütəxəssisin 5 qat dünya çempionlarının sükanı arxasında ilk qalibiyyəti olub.
"Bir çox qol epizodunu məntiqi sonluqla başa çatdıra bilməsək də, düşünürəm ki, yaxşı oyun, çox yaxşı ilk hissə keçirdik. Yaxşı oynadıq, topa sahib olduq, ona nəzarət etdik.
İkinci hissədə sürəti azaltdıq, amma ümumilikdə istidiyimiz kimi oyun oldu, çox xoşbəxtik. Çox çalışmaq lazımdır, DÇ-yə kimi 1 ilimiz qalıb, yaxşı səviyyədə futbol nümayiş etdirərək seçmə mərhələni başa vurmaq vacibdir. Azarkeşlər xoşbəxtdir. Bizi dəstəklədikləri üçün azarkeşlərə təşəkkür etmək istəyirəm. İndi irəliyə baxmağın vaxtıdır”, - deyə Ançelotti bildirib.