
"Barselona"nın sonluq sevgisi
"Barselona"nın La Liqadakı xallarının 35%-i gec vurulan qollardan gəlir.
Sportlife.az "Diario Sport"a istinadla xəbər verir ki, son 10 dəqiqədə səmərəli hərəkətləri sayəsində kataloniyalılar 19 xal toplayıblar. Onların cəmi 54 xalı var.
10 xal normal və ya əlavə vaxtın son dəqiqəsində vurulan qollarla qazanılıb.
Ən çox Robert Levandovski (2 qol) və Serji Roberto (2 qol) sonda xal gətirib.