
"Qarabağ"da gözlənilməz ayrılıq ola bilər
“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski komandadan ayrıla bilər.
Sportlife.az Polşa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper İngiltərə və Fransa klublarından təklif alıb.
Çempionşip və Liqa 1 komandaları ilə yanaşı, Polşa çempionatının bir neçə təmsilçisi də oyunçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, ötən ilin yayından “Qarabağ”da çıxış edən Mateuş Koxalski Ağdam təmsilçisinin heyətində ümumilikdə 28 rəsmi oyun keçirib. Bu görüşlərdə o, 27 qol buraxıb, 13 dəfə isə qapısını toxunulmaz saxlayıb.