De Bruyne sabah tibbi müayinədən keçəcək

  • Dünən, 11:55

"Mançester Siti"dən ayrılan Kevin De Bruyne "Napoli" ilə müqavilə imzalamadan əvvəl tibbi müayinədən keçəcək.

Sportlife.az xəbər verir ki, tibbi müayinə sabah İtaliyada baş tutacaq.

33 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edirdi. Belçikalı futbolçu MS-da 421 oyun keçirib, 108 qol vurub və 177 məhsuldar ötürmə edib.


Paylaş: