Kapitan yığmanı tək qoyacaq

  • 23 May 2025, 11:32

ABŞ millisinin kapitanı Kristian Pulişiç qarşıdan gələn CONCACAF Qızıl Kubokunda oynamayacaq.

Sportlife.az xəbər verir ki, "Milan"ın futbolçusu yorucu mövsümdən sonra dincəlmək istəyir.

Pulişiç  A Seriyasında mövsümün son oyununda "Monza"ya qarşı matçda meydana çıxsa, bu, onun 50-ci oyunu olacaq.

Futbolçu hazırda ombasındakı problemdən əziyyət çəkir.


Paylaş: