
"Sabah" tərəddüd içində
“Sabah”da baş məşqçi Vasili Berezutskinin taleyinə hələ də aydınlıq gəlməyib.
Sportlife.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis barədə yekun qərar verilməyib.
Komandanın ölkə kubokunu qazanması rəhbərliyi sevindirsə də, çempionatdakı uğursuz çıxış onları tərəddüdlə yanaşmağa vadar edir. Bu səbəbdən tərəflər yola davam edib-etməməkdə ortaq məxrəcə gələ bilmirlər.
Qeyd edək ki, Vasili Berezutskinin “Sabah”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.