Abramoviç daha futbolla maraqlanmır

  • Dünən, 16:07

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç London klubu ilə vidalaşdıqdan sonra başqa komandaya sahib olmaq istəmir.

Sportlife.az xəbər verir ki, o, artıq futbolla maraqlanmadığınl bildirib: 

“Bəlkə bir gün elə bir vəziyyət yaranacaq ki, mən stadiona gedib, oyuna baxacam. Başqa heç nə. Artıq futbolla maraqlanmıram. Nəyisə dəyişə biləcək bir təşəbbüs olsaydı, yəqin ki, akademiyalara və gənclərə kömək edə bilərdim",

Qeyd edək ki, Abramoviç 2022-ci ildə Ukraynada baş verən hadisələrdən sonra, Böyük Britaniya hökumətinin bir neçə oliqarxın aktivlərini dondurmasından sonra sanksiyaya məruz qalıb.


Paylaş: