PSJ-dən Donnarumma qərarı

  • Dünən, 11:30

PSJ yay transfer pəncərəsində qapıçısı Canluici Donnarummanı sata bilər.

Sportlife.az xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər. İtaliyalı qolkiperin parislilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Klub onun transferi üçün 40 milyon avro istəyir.

Donnarummanın xidmətində "Mançester Siti" və "Mançester Yunayted"in maraqlı olduğu bildirilir.

Ötən mövsüm qapıçı bütün turnirlərdə 40 oyun keçirib, 39 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.


Paylaş: