
Sane "Qalatasaray"ın 1 addımlığında
"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane "Qalatasaray"a keçməyə yaxındır.
Sportlife.az xəbər verir ki, Türkiyə klubu alman futbolçuya illik 10-12 milyon avro maaş təklif edib.
Sanenin "Qalatasaray"la klublararası dünya çempionatına getməsi gözlənilir. Turnir iyunun 15-dən iyulun 13-dək keçiriləcək.