Millinin sükanı arxasına sürpriz namizəd

  • Dünən, 13:56

"Milan"ın sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo İtaliya millisinin yeni baş məşqçisi ola bilər.

Sportlife.az xəbər verir ki, İtaliya Futbol Federasiyası əvvəlcə Klaudio Ranyeri və ya Stefano Pioli ilə çalışmağı planlaşdırsa da, hər iki mütəxəssis təklifləri rədd edib. İndi isə əsas namizəd 47 yaşlı Qattuzodur.

Qeyd edək ki, daha əvvəl Luçano Spaletti İtaliya millisindən ayrıldığını açıqlayıb.


Paylaş: