Dünya reytinqi: "Qarabağ" gerilədi

  • Dünən, 11:07

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 5 pillə geriləyib.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) 2-ci, İtaliyanın "İnter" klubu (419) 3-cüdür.


Paylaş: