Benziadan qol və məhsuldar ötürmə

  • Dünən, 10:32

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu İsveçlə qarşılaşmada bir qol və bir ötürmə ilə yadda qalıb.

Solna şəhərində keçirilən qarşılaşmaya Yassin ehtiyatda başlayıb. Baş məşqçi Benziaya hesab 0:4 olarkən şans verib. O, meydana daxil olduqdan 4 dəqiqə sonra Bennaserə ötürmə verib, 11 dəqiqə sonra isə özü fərqlənib. Son dəqiqədə Əlcəzair daha bir qol vursa da, məğlubiyyətdən qurtula bilməyib – 3:4.

2023-cü ilin yanvarından “Qarabağ”da oynayan Benzianın komandanı tərk edəcəyi gözlənilir. Klub rəsmi açıqlama verməsə də, futbolçu sosial şəbəkədə vidasından xəbər verən paylaşım edib.


Paylaş: