
La Liqa klubunun ən yaxşıları - Siyahıda sabiq “Xəzər Lənkəran”lı da var
İspaniyanın “Betis” klubunun tarixinin ən yaxşı qapıçıları məlum olub.
Sportlife.az xəbər verir ki, 14 futbolçunun olduğu siyahıda “Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas da yer alıb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Doblas 2003-2008-ci illərdə “Betis”in əsas komandasında çıxış edib.
İspan qapıçı 2013-cü ilin yanvarından avqustunadək “Xəzər Lənkəran”ın formasını geyinib.