Rusiya, Ukrayna və Türkiyə klubları onun üçün mübarizə aparır

  • 27 Yanvar 2024, 10:12

"Zenit", "Dnepr-1" və "Kasımpaşa" klubları Mali millisinin qapıçısı Cici Diarra ilə maraqlanır.

Sportlife.az "Afrikafoot"a istinadla xəbər verir ki, hər 3 komanda Tanzaniyanın "Yanq Afrikans" klubunun qolkiperini almaq üçün mübarizə aparır.

28 yaşlı qapıçı hazırda Afrika Millətlər Kubokunda milli komandada çıxış edir. O, turnirdə keçirdiyi 3 oyunda qapısını toxunulmaz saxlayıb.


Paylaş: