
"Neftçi"nin qapıçısı azarkeşlərdən üzr istədi
"Neftçi"nin gənc qapıçısı Rza Cəfərov sosial şəbəkə hesabında mövsümə dair paylaşım edərək azarkeşlərə müraciət edib.
Sportlife.az xəbər verir ki, 21 yaşlı qolkiper klubun son iki mövsümdə uğursuz çıxışını etiraf edib və fanatlara dəstəklərinə görə təşəkkürünü bildirib:
“Əziz Neftçi ailəsi! Çox təəssüf ki, son iki mövsümdə sizlərin bizdən gözlədiyiniz nəticələri verə bilmədik. Lakin bütün çətinliklərə baxmayaraq, bizə olan qarşılıqsız dəstəyinizi heç vaxt əsirgəmədiniz. Mövsümə görə sizlərdən üzr istəyirəm. Bilməyinizi istəyirəm ki, bu nəticələrə görə sizin qədər biz də üzgünüz. Səhvlərimizin fərqindəyik və inanırıq ki, bu acı təcrübələr bizə dərs olacaq. Növbəti mövsüm daha güclü və inamlı qayıdacağıq. Forza NEFTÇİ!”