AFFA-nın tanımadığı regional federasiyalar

  • Dünən, 17:55

AFFA-nın inkişaf strategiyasında yer alan “Futbola marağın və populyarlığın artırılması” istiqaməti çərçivəsində Regional Kütləvi Futbol Proqramı da nəzərdə tutulub. Bu proqramın 1.4.2.3-cü bəndində yazılıb ki, "Həvəskar və uşaq-gənclər statuslu yarışlar regional federasiyaların səlahiyyətinə verilməlidir".

Sual: Hansı regional federasiya? Kimdir bu federasiyalar? Tanıyırsızmı onları? Onlar sizi tanıyırmı? Tanışlıq belə olmayıbsa, əməkdaşlıq hardan olacaq?

Cahangir Fərəcullayev yenə də 0 xəttini keçə bilmir. İnamla və israrla!

Rövşən Nəcəf isə sanki AFFA-nın “paralel kainatındadır”. Haradadır, nə edir, heç kim bilmir. Bir il ötüb, amma “ekosistem” hələ də yuxudadır. Bəs bu sistemi kim oyatmalıdır? Bəlkə zəngli saat lazımdır?

Balakişi Qasımov, siz bu səssizliyin içində niyə belə rahat görünürsünüz? Gözləyirsiniz ki, futbolun özü gəlib AFFA-nın qapısını döysün?

Mirələm HƏSƏNLİ 


Paylaş: