
Kazemironun ilk uğursuz finalı
“Mançester Yunayted” Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Kazemironun karyerası ərzində avrokubok finallarında ilk məğlubiyyətidir.
Braziliyalı futbolçu əvvəllər "Real"ın heyətində çıxdığı 8 final matçının hamısında qələbə qazanıb.