Nistelroyun yerinə 2 namizəd

  • Bu gün, 14:06

"Lester"in baş məşqçisi Rud van Nistelroy mövsümün sonunda klubu tərk edəcək.

Sportlife.az xəbər verir ki, klub rəhbərliyi hələlik onu kiminlə əvəzləyəcəyinə qərar verməyib.

Russell Martin və Dani Rol əsas namizədlər arasındadır. Buna baxmayaraq, klub Nistelroya hörmət əlaməti olaraq, onun gedişi ilə bağlı razılıq əldə olunana qədər heç biri ilə danışıqlar aparmaq istəmir.

Qeyd edək ki, "Lester" mövsümün sonunda Premyer Liqanı tərk edəcək.


Paylaş: