Yığmamız toplanışına başladı

  • Bu gün, 14:37

Qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Sportlife.az xəbər verir ki, yığmamız Millətlər Liqasının seçmə mərhələsinin son görüşünün hazırlığını Bakıda gerçəkləşdirir.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 29 futbolçu ilə hazırlıq keçir. Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün yekun heyət mayın 25-də açıqlanacaq.

Qeyd edək ki, C Liqasının IV qrupunda mübarizə aparan millimiz mayın 30-da Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq. Matç saat 18:00-da başlayacaq.


Paylaş: