Deku son nöqtəni qoydu

  • Bu gün, 16:55

"Barselona"nın idman direktoru Deku Ronald Arauxonun klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, funksioner uruqvaylı futbolçunun çıxışından razı qaldıqlarını bildirib:

"Ronald burada xoşbəxtdir və buna görə də onun gələcəyi ilə bağlı heç bir müzakirə aparılmır".

Bu mövsüm Arauxo 24 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Kataloniya klubu ilə müqavilə 2031-ci ilin yayına kimi nəzərdə tutulub.


Paylaş: