
ABF Dünya Boksuna üzv oldu
Azərbaycan Boks Federasiyası Dünya Boksuna (World Boxing) üzv olub.
Sportlife.az xəbər verir ki, üzvlüyü beynəlxalq federasiya bu gün təsdiqləyib.
Dünya Boksu 2023-cü ilin aprel ayının 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boks idman növünə cavabdehlik daşıyır.