
Avropa çempionu 85 yaşında öldü
Niderland millisinin sabiq baş məşqçisi Nol De Ruyter dünyasını dəyişib.
Sportlife.az xəbər verir ki, mütəxəssis 85 yaşında vəfat edib.
De Ruyter 1988-ci il Avropa çempionatında Niderland millisinin məşqçilər korpusunda yer alıb. Turnirin finalında "narınclıar" SSRİ yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu günə qədər bu qələbə Niderland yığması üçün dünya və Avropa çempionatlarında yeganə qələbədir.
De Ruyter məşqçilik karyerası ərzində ölkəsinin bir sıra klublarında da çalışıb.