Belarus - Azərbaycan: Zaman və məkan bəlli oldu

  • Bu gün, 13:50

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Paylaş: