Klopp "Liverpul" üçün darıxır
"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Mersisayd klubundakı fəaliyyəti və "Enfild"dəki atmosferlə bağlı xatirələrini bölüşüb.
Sportlife.az xəbər verir ki, o, keçmiş klubu üçün darıxdığını bildirib:
"Həqiqətən də bundan zövq aldım. Çox çalışıram və işləmək istəyirəm. İndi hər şey fərqlidir: 3 gün işləyə bilərəm, sonra isə bəlkə də 4 gün heç nə edə bilmərəm. Bu, indiyə qədər yaşadığım ən yaxşı şeydir.
Heç nə etmək üçün doğulmamışam. Amma həyatdan daha çox şey əldə etməyin yolunu tapmalı idim".
Alman məşqçi hazırda "Red Bull"da futbol əməliyyatları şöbəsinə rəhbərlik edir.