
"Milan" ilk təklifi rədd etdi
"Milan" "Mançester Siti"nin Ticani Reynders üçün ilk təklifini rədd edib.
Sportlife.az xəbər verir ki, Premyer Liqa klubu 26 yaşlı futbolçu üçün təxminən 60 milyon avro təklif etsə də, "rossonerilər" bu məbləğlə razılaşmayıb.
"Mançester Siti"nin tezliklə daha yaxşı təkliflə "Milan"ın qapısını döyəcəyi gözlənilir.
Reynders ötən mövsüm A Seriyasının ən yaxşı yarımmüdafiəçisi seçilib. O, 37 liqa oyununda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.