Qurban Qurbanov: "Hakim oyunu ağıllı idarə etdi"

  • 31 May 2025, 22:26

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” finalından (2:3) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– “Sabah”ı təbrik edirəm. Neçə illər idi yaxşı iş görürdülər və bunun bəhrəsini aldılar. Avropada onlara uğurlar arzu edirəm. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Hər bir oyunçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi.

– Benziya çox aqressiv idi. Sanki veriləcək cəzadan çəkinmirdi…

– Belə oyunlarda aqressiya olur. Benziyanı başa düşürəm. İstər-istəməz məğlub olmaq istəmirdi. Bu il bizimçün gərgin keçdi. Meydanda və meydandan kənarda çox danışıqlarımız oldu. Futbolda belə hallar olur.

– Köməkçiləriniz qırmızı aldı, ümumiyyətlə mübahisəli epizodlar oldu. Hakimliyi necə qiymətləndirirsiniz?

– Belə oyunlar hakimlər üçün asan deyil. Onu qeyd edə bilərəm ki, hakim oyunu "ağıllı" idarə etdi.

– Benziyanın son oyunu olduğunu deyə bilərik?

– Hələ razılıq yoxdur. Cavab gözləyirik.


Paylaş: