"Sabah" yetərincə ciddi rəqibdir"

  • Bu gün, 11:43

Bolqarıstanın "Levski” klubunun icraçı direktoru Daniel Borimirov Azərbaycanın “Sabah” komandasına qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.

Sportlife.az xəbər verir ki, funksioner jurnalistlərə açıqlamasında Avropa Liqasında “Braqa” ilə matçdan sonra komandada yorğunluq olduğunu söyləyib:

“Futbolçularda emosional yorğunluq olub-olmadığını deyə bilmərəm, amma fiziki yorğunluğun toplandığı aydındır. Qarşıdakı 1-2 gün ərzində özümüzə gəlməli, nəfəs dərməli və çempionat oyununa köklənməliyik. Bazar günü qələbə qazanmaq vacibdir. Çünki azarkeşlər bizi dəstəkləməyə gələcəklər. Bu müsbət enerjini Avropadakı növbəti oyuna daşımalıyıq”. 

Klub rəhbəri “Sabah” barədə də fikirlərini deyib və klub haqqında hörmətlə danışıb: “Sabah” yetərincə ciddi rəqibdir və onu zəif hesab etsək, problemlə üzləşə bilərik”.

Xatırladaq ki, “Levski” ilə “Sabah” arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.


Paylaş: