UEFA "Sabah"ın rəqibini cəzalandırdı

  • Bu gün, 17:19

UEFA "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" (Sofiya) klubunu cərimələyib.

Sportlife az xəbər verir ki, paytaxt təmsilçisi evdə İsrailin "Hapoel" (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlara görə ziyana düşüb.

Sofiya klubu ictimai keçidlərin bağlanması ucbatından 14000 avro ödəyəcək. Bundan əlavə, "Levski" azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 avro cərimələnib.

Qeyd edək ki, "Sabah" bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.


Paylaş: