Berezutski istefaverəcək?

  • 31 May 2025, 22:33

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” finalından (2:3) sonra Bakı klubunun baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Futbolçularımızı təbrik edirəm. Maraqlı, gərgin oyun oldu. Uşaqlar sona qədər əziyyət çəkdilər və bəhrəsini gördülər.

– Bu titul klubda qalmağınıza səbəb olacaq?

– Bilmirəm, yaxın günlərdə görüşümüz olacaq.

– Qalmaq istəyirsiniz?

– Bunları eşidəcəksiniz. Klub rəhbərliyi ilə müzakirədən sonra aydın olacaq.

– “Qarabağ”a məğlub olmamısınız. Bunun resepti nədir?

– “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Bunlar uşaqların, məşqçilərin əziyyətinin bəhrəsidir.


Paylaş: