A Seriyasında ayın məşqçisi bəlli oldu

  • Bu gün, 12:03

İtaliya A seriyasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı adına "Komo"nun çalışdırıcısı Sesk Fabreqas layiq görülüb. Onun komandası mart ayında "Leççe"ni (3:1), "Kalyari"ni (2:1), "Roma"nı (2:1) və "Piza"nı (5:0) məğlub edib.

Mükafat ispaniyalı mütəxəssisə aprelin 12-sində "İnter"lə matçdan əvvəl təqdim olunacaq.

Qeyd edək ki, "Komo" hazırda A seriyasında 57 xalla 4-cüdür.


Paylaş: