
“Çelsi”nin yay transfer planı
"Çelsi” qarşıdakı yay transfer pəncərəsi üçün planlarını müəyyənləşdirib.
Sportlife.az xəbər verir ki, London klubunun rəhbərliyi mərkəz müdafiəçisi mövqeyinə yeni futbolçu transfer etməyi planlaşdırır.
Hazırda “zadəganlar”ın transfer siyahısında iki futbolçunun adı çəkilir: “Kristal Pelas”ın oyunçusu Mark Que və “Everton”un müdafiəçisi Cerred Brantueyt.
24 yaşlı Que bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı Brantueyt isə 32 matçda meydana çıxaraq, 1 məhsuldar ötürmə verib.
“Çelsi” hazırda 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.