Tarixin ən yaxşı qapıçısı açıqlandı

  • Bu gün, 15:38

SSRİ-nin Moskva “Dinamo”sunun və Sovet İttifaqının yığmasının sabiq qapıçısı Lev Yaşin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən tarixin ən yaxşı qapıçısı seçilib.

Sportlife.az xəbər verir ki, ikinci yerdə italiyalı Canluici Buffon, üçüncü sırada isə almaniyalı Manuel Noyer qərarlaşıb.

İlk onluqda həmçinin, İker Kasilyas, Rikardo Zamora (hər ikisi İspaniya), Qordon Benks (İngiltərə), Petr Çex (Çexiya), Dino Zoff (İtaliya), Zepp Mayer və Oliver Kan (hər ikisi Almaniya) yer alıb.

Lev Yaşin 1950-1971-ci illərdə “Dinamo”da çıxış edib, 1954-1967-ci illərdə SSRİ yığmasının formasını geynib. O, “Dinamo”nun heyətində 5 qat SSRİ çempionu olub. Bundan başqa, 5 dəfə gümüş, 1 dəfə bürünc, 3 dəfə isə SSRİ kubokuna sahib çıxıb. Yaşin milli komanda ilə 1956-cı il Olimpiya Oyunlarının və 1960-cı il Avropa çempionatının qalibi olub. Qolkiper həmçinin, 1964-cü il Avropa çempionatını gümüş medalla başa vurub. Yaşin tarixdə “qızıl top”u qazanan yeganə qapıçıdır. O, 1990-cı il martın 20-də, 61 yaşında Moskvada vəfat edib.


Paylaş: