
Peşəkar Futbol Liqasından Dövlət Himninin özəl təqdimatı – VİDEO
Peşəkar Futbol Liqası (PFL) ötən gün Sumqayıtda keçirilmiş Azərbaycan kubokunun final qarşılaşmasının (“Qarabağ” – “Sabah”) açılış mərasimində maraqlı görüntülərlə özündən söz etdirdi.
Bu maraqlı görüntülərdən biri də Azərbaycan Respublikasının Dövlət Himninin uşaqların ifasında səsləndirilməsi oldu. Hansı ki, onlar geridə qalmış mövsümdə Azərbaycan çempionatlarında çıxış etmiş 34 komandanın formasını geyinmişdilər.
Sportlife.az həmin görüntülərlə sizi tanış edir: