
Sterlinq klubdan ayrılır
"Arsenal”ın yarımmüdafiəçisi Rahim Sterlinq icarə müqaviləsi bitdikdən sonra London klubunda qalmayacaq.
Sportlife.az xəbər verir ki, “topçular” yamaykalı futbolçunun transferindən narazı qalıb, ona görə də onunla əməkdaşlığı uzatmaq istəmir.
Sterlinqin londonlularla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. 30 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 28 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.