
"Araz-Naxçıvan"da daha 4 ayrılıq
UEFA Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” komandası 4 futbolçusu ilə başa çatan müqaviləni yeniləməyib.
Sportlife.az xəbər verir ki, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardu Diaş və Miço Kuzmanoviçlə yollar ayrılıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə vidalaşıb.