
Millimizin sabiq üzvü vəfat etdi
Azərbaycan basketbolu ağır itki ilə üzləşib.
Sportlife.az xəbər verir ki, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov 62 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Uzun illərdir Rusiyanın Stavropol şəhərində yaşayan veteran oyunçu Sovet dövründə, 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib, daha sonra isə Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb. Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra Vaqif Hacımətov məşqçilik fəaliyyəti ilə də məşğul olub.