
Mahir Emrelinin yeni klubu açıqlandı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi "Kayzerslautern"ə transferi rəsmən açıqlanıb.
Sportlife.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.