Neymarla bağlı vacib qərar

  • Bu gün, 11:30

Neymar tezliklə "Santos"la müqaviləsini uzadacaq.

Sportlife.az xəbər verir ki, klub prezidenti Marselo Teyşeyra və futbolçunun atası Neymar da Silva artıq yeni anlaşmanın əsas şərtlərini razılaşdırıblar. Rəsmi açıqlama iyunun 27-də veriləcək.

Neymarın hazırkı müqaviləsi iyunun sonunda başa çatır. Bu mövsüm 33 yaşlı forvard 14 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Neymar 2025-ci ilin yanvarında "Santos"a qayıdıb.


Paylaş: