
Qadın futbolunda struktur dəyişiklikləri olacaq
AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.
Sportlife.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Qurumun baş katibi C.Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib.
O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.