İbrahimoviç yenə icarəyə verildi

  • Bu gün, 16:06

"Bavariya" hücumameyilli yarımmüdafiəçi Arion İbrahimoviçi "Haydenhaym"a icarəyə verdiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, 19 yaşlı futbolçu 2025/26 mövsümünün sonuna kimi "Haydenhaym" klubunda çıxış edəcək.

İbrahimoviçin "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsümün ikinci hissəsini icarə əsasında "Latsio"da keçirib.


Paylaş: