
"Napoli"nin hədəfindəki 3 futbolçu
PSV və Niderland millisinin hücumçusu Noa Lanq "Napoli"yə keçə bilər.
Sportlife.az xəbər verir ki, klubların bu həftə danışıqlara başlamağı planlaşdırdığı bildirilir.
"Napoli"nin digər transfer hədəfləri arasında İsveçrə millisi və "Bolonya"nın yarımmüdafiəçisi Dan N'Doye və "Mançester Yunayted"in vingeri Ceydon Sanço da var. N'Doye ilə müqavilənin şərtləri artıq razılaşdırılıb, lakin klublar hələlik mümkün sözləşmənin detallarını müzakirə etməyiblər.
Lanq 2024/25 mövsümündə 44 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə edib. N'Doye 41 matçda 9 qol və 6 məhsuldar ötürmə, Sanço isə 42 matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.