Simakan qərarını verdi

  • Bu gün, 12:56

Fransalı müdafiəçi Məhəmməd Simakan bu yay "Əl-Nasr"ı tərk etməyəcək.

Sportlife.az xəbər verir ki, klub futbolçunu satmaq fikrində deyil və oyunçunun özü də başqa komandaya keçməyi planlaşdırmır. İtaliya nəhənglərinin marağına baxmayaraq, "Əl-Nasr" və Simakan əməkdaşlığı davam etdirmək istəyir.

Ötən klub mövsümündə Məhəmməd 41 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 


Paylaş: