
Sabiq "Liverpul"lu karyerasını bitirdi
"Liverpul"un keçmiş futbolçusu Adam Lallana karyerasını bitirib.
Sportlife.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında açıqlama verib.
37 yaşlı futbolçu Çempionlar Liqasının qalibi və "Liverpool" ilə İngiltərə çempionu olub. İngiltərə millisində 34 oyuna 3 qol vurub.
Qeyd edək ki, Lallana "Sauthempton"un yetirməsidir. O, karyerasının son mövsümünü də elə bu klubda keçirib.