"Lion" çempionatdan kənarlaşdırıldı

  • Bu gün, 10:29

"Lion" maliyyə feyr-pley qaydalarını pozduğuna görə Liqa 1-dən kənarlaşdırılıb və ikinci diviziona düşüb.

Sportlife.az xəbər verir ki, qərar Milli İnzibati Nəzarət Departamentinin (DNCG) iclasından sonra qəbul edilib. Klub apellyasiya şikayəti vermək hüququna malikdir.

2024-cü ilin noyabrında DNCG kluba qarşı oyunçuların qeydiyyatına qadağa və növbəti qış transfer pəncərəsinə qədər maaş fonduna məhdudiyyət şəklində sanksiyalar tətbiq edib.

2024/25 mövsümündə klub 57 xal toplayaraq Liqa 1-də 6-cı yeri tutub və Avropa Liqasında oynamaq hüququ qazanıb.

Qeyd edək ki, "Lion" 7 dəfə Fransa çempionu olub.


Paylaş: