
"Kəpəz"dən Sinqapur klubuna
Bu yay “Kəpəz”dən ayrılan Trent Buhaqyarın yeni klubu bəlli olub.
Sportlife.az xəbər verir ki, Malta millisinin hücumçusu Sinqapurda çıxış edəcək.
O, yüksək liqada çıxış edən “Tampins Rovers” klubu ilə 1 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında Gəncə təmsilçisinə keçmişdi. O, “Kəpəz”də 14 oyuna çıxıb.