Bakı klubunda braziliyalı hucumçu
Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası heyətinə yeni oyunçu cəlb edib.
Sportlife.az xəbər verir ki, Bakı klubu braziliyalı diaqonal hücumçu Natiele Qonçalveş cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.
34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.