"Arsenal" sabiq qolkiperini qaytara bilər

  • 10 May 2024, 14:25

Voyçex Şensni yenidən "Arsenal"a qayıda bilər.

Sportlife.az xəbər verir ki, polyak qolkiper yayda "topçular"dan ayrılacaq Aaron Remsdeyli əvəz edəcək.

Şensni 2017-ci ildən "Yuventus"da çıxış edir. O, daha öncə 2009-15-cu illər arasında "Arsenal"ın qapısını qoruyub. 34 yaşlı qolkiper London klubunda 181 oyuna çıxıb.


Paylaş: